!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə iki körpə tapıldı - Sərxoş valideyn səhlənkarlığı, yoxsa..? - Təfərrüat

!Reklam – Yazi

Ötən gün Bərdədə küçədə iki azyaşlı uşaq tapılıb.

Yenicag.az xəbər verir ki,  azyaşlı uşaqları Mərkəzi Rayon Xəstəxanasının əməkdaşları xilas ediblər. Onlar təcili yardımla uşaqları xəstəxanaya çatdırıblar.

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Rəna Mustafayeva bildirib ki, ilkin ehtimallara görə, uşaqlarının birinin 1, digərinin isə 2 yaşı var:

“Əməkdaşlarımız ötən gecə saat 21:10 radələrində mənimlə əlaqə saxlayaraq, Bərdədə yerləşən şadlıq saraylarının birinin qarşısında kimsəsiz qalan qız və oğlan uşaqlarını tapdıqlarını söylədilər. Mənim tapşırığımla onlar təcili olaraq xəstəxanaya çatdırıldı. Bütün lazımi tibbi tədbirlər görüldü və uşaqlarda heç bir problem aşkarlanmadı. Hazırda Uşaq xəstəxanasına yerləşdirilən körpələrin vəziyyətləri yaxşıdır”.

Baş həkimin sözlərinə görə, körpələr şadlıq sarayının qarşısında tapıldığına görə ilkin olaraq, uşaqların toydan içkili çıxan valideyn tərəfindən orada unudulduğu ehtimal edilib. /Trend/

Əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

Bərdə rayonunda işləyən Y.Osmanova uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: “Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o aparan evə iş yoldaşıma verib”. /”Report”/

COP29

www.yenicag.az

3296
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv