Bərdədə sayğaclar dəyişdirilib

media-hightechnic-468x90

berde“Bərdə” Elektrik Şəbəkəsində son 2 ayda iki ədəd 110 kV-lik transformator, 7 ədəd 35 kV-lik transformator, 6 ədəd 35 kV-lik yağ açarı, 1 ədəd 110 kV-lik eleqaz açarı, 13 ədəd 10 kV-lik yağ açarı, 8 ədəd 10 kV-lik vakuum açarı cari təmir olunub.

“Azərenerji”dən   verilən məlumata görə, 4 ədəd 10 kV-lik yağ açarı isə əsaslı təmirdən çıxarılıb. Şəbəkənin təmirçilər briqadası son iki ayda 10 kV-lik xətlərin 2,5 kilometrində əsaslı və cari təmir işləri aparıb. Analoji işlər 0,4 kV-lik xətlərin 1,5 kilometrlik hissəsində də aparılıb. 10/0,4 kV-lik transformator məntəqələrinin 21-də əsaslı və cari təmir işləri görülüb. Yeni mənzil sahiblərinin ünvanına 90-dan artıq sayğac quraşdırılıb, 170-ə yaxın zədələnmiş sayğac isə dəyişdirilib. (azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600