Bərdədə şirniyyat sərgisi keçirilib
Bayram ərəfəsində Ağdam rayon mərkəzi xəstəxanasının həkimləri xərçəngdən əziyyət çəkən 13 yaşlı Həsənli Qadir Camal oğlununun müalicəsinə yardım məqsədilə şirniyyat sərgisi keçirib.
Raayon xəstəxanasında təşkil edilən sərgidə müxtəlif növ şirniyyatlar nümayiş olunub. Bir birindən dadlı şirniyyatlar sərgi iştirakçılarında xoş ovqat yaradıb.
Qeyd edək ki, indiyədək Qadir Həsənlinin müalicəsi Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev, respublikanın baş onkoloqu Azad Kərimli, Onkologiya İnstitutunun baş həkimi Azad Əbdürrəhmanov və Ağdam Mərkəzi Rayon Xəstəxanasının kollektivi tərəfindən təmənnasız olaraq aparılıb. (qafqazinfo.az)