Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bərdədə yol qəzası baş verdi

Bərdədə 3 nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yeniçağ.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb.

Qəza “VAZ-2106” markalı avtomobillə “Mercedes”in toqquşması nəticəsində baş verib. Hadisə zamanı “Jiquli” bir neçə dəfə fırlanaraq aşıb. Bu səbəbdən ölənlərin məhz “06”dakı sürücü və sərnişinlərdən olduğu ehtimal edilir. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yeniçağ.az

www.yenicag.az

573