Bəşər Əsədin “qəssab”ı azərbaycanlı jurnalisti hədələdi
Əslən Türkiyənin Hatay bölgəsindən olan , hazırda Suriyada Bəşər Əsəd ordusunun generalı kimi fəaliyyət göstərən Mihrac Ural azərbaycanlı jurnalisti ölümlə təhdid edib.
Yenicag.az Avropa.info-ya istinadən xəbər verir ki, Türkiyənin nüfuzlu “Timetürk” saytının “Furkan Azeri” imzası ilə tanınan və əslən azərbaycanlı olduğu bildirilən jurnalisti Mihrac Uralın qəzəbinə gəlib.
Türkiyəyə də xüsusi nifrəti ilə tanınan Mihrac Ural tvitterdəki hesabında Furkan Azərini öldürəcəklərini bildirib.
Qeyd edək ki, əslən Hataydan olan Mihrac Ural ateist komunistdur və PKK-nın Türkiyə ərazisində keçirdiyi bir sıra əməliyyatlara rəhbərlik edib. Bu terror əməliyyatları arasında bank və qızıl dükanları basqınları üstünlük təşkil edir.
O da bildirilir ki, Mihrac Ural PKK lideri Öcalanın fəal dəstəkçisi olmuş və bir müddət PKK liderinin Suriya ərazisində gizlədilməsində də fəal rol oynamışdır.
Hazırda isə o, Əsədin ən yaxın müdafiəçilərindən biridir.
Bölgədə “Bəşər Əsədin Hataylı cəlladı” olaraq tanınan Mihrac Uralın həmin tviti: