“Beşiktaş” erməni futbolçunu komandadan kənarlaşdırdı

media-hightechnic-468x90

ermbg

Bu il birbaşa olaraq Çempionlar Liqasının qrup mərhələsində çıxış edəcək İstanbulun “Beşiktaş” futbol klubu iştirak ərizəsini təqdim edib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş məşqçi Şenol Günəş 22 nəfərlik heyətə keçən il komandaya cəlb edilmiş erməni futbolçu Aras Özbilizi daxil etməyib.

Bir çox mütəxəssislər Arasın oynadığı mövqedə Kərim Frey, Rikardo Quarejma, Anderson Taliska kimi oyunçuların olduğunu qeyd edir və təcrübəli məşqçinin bu səbəbdən onu heyətə cəlb etmədiyini bildirir. Digər tərəfdən isə Şenol Günəşin Türkiyə çempionatındakı oyunlarda da erməni futbolçuya şans verməməsi onun tamamilə gözdən düşdüyünü göstərir.

Qeyd edək ki, Aras Özbiliz həm də Ermənistanın futbol yığmasının oyunçusudur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa