Bu gün Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.
Həftənin ilk oyununda “Antalyaspor” öz meydanında “Trabzonspor”un, necə deyərlər, daşını daş üstə qoymayıb. Aralıq dənizi sahilinin təmsilçiləri “qaradənizlilər”in qapısında 7 cavabsız top keçiriblər.
Bu turda 2015/16 mövsümünün çempionu bəlli olub. “Beşiktaş” sona bir tur qalmış öz meydanında “Osmanlıspor”u məğlub edərək çempionluğunu rəsmiləşdirib.
“Beşiktaş” – “Osmanlıspor” – 3:1
Qollar: Marselo, 21, 24, Qomez, 48 – Vebo, 74
“Antalyaspor” – “Trabzonspor” – 7:0
Qollar: Ömər, 18, 49, 79, Çarles, 22, Makun, 37, Etame, 51, 62 /APA
Qeyd edək ki, “Beşiktaş”ın çempionluğu elan etməsindən sonra sosial mediada komik “caps”lar paylaşılıb. Həmin “caps”lardan maraqlı olanları təqdim edirik:
www.yenicag.az