“Bəxt üzüyü”nün Sevdası ABŞ-də dəfn olundu

media-hightechnic-468x90

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn edilib. 

media-banner_tuq

Yenicag.az xəbər verir ki, sənətçi ilə vida mərasimi də keçirilib. Mərasimdə onun ailə üzvləri, dostları yer alıblar.

Qeyd edək ki, 62 yaşlı Firəngiz Rəhimbəyova avqustun 15-də 62 yaşında dünyasını dəyişib.

F.Rəhimbəyova 1958-ci ilin avqust 5-i Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü – 2” filmində yenidən Sevda roluna çəkilib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05