“Beynəlxalq bank 1400 manatımı mənimsəyib”

media-hightechnic-468x90

77174Qarabağ döyüşlərində şəhid olan Sahib Kərimovun həyat yoldaşı Gülabatın Kərimova Beynəlxalq Bankın Ucar filialının müdiri tərəfindən aldadıldığını və 1400 manatının mənimsənildiyini iddia edir.

Bu barədə Gülabatın Kərimova özü məlumat verib. G.Kərimova iddia edir ki, həyat yoldaşı şəhid olduğu üçün dövlət tərəfindən ailəsinə ayrılmış aylıq 200 manatlıq müavinət kartından yoxa çıxıb.

Onun sözlərinə görə, 7 aylıq (ümumi 1400 manat) müavinəti öz kartını Beynəlxalq Bankın Ucar filialına təqdim etdikdən sonra qeybə çəkilib.

G.Kərimova deyir ki, həyat yoldaşı şəhid olduğu üçün hər ay onlara 200 manat müavinət verirlərmiş, o da bu məbləği Beynəlxalq Bankın Ucar filialındakı bankomatdan götürürmüş. Lakin son 7 ayın pulunu götürməyib.

Şəhid xanımı başına gələnləri belə nəql edir: “Bu ilin may ayından yardımı almırdım. Oğlumun toyu olacaqdı. Onun üçün pul yığırdım. Bu ayın əvvəlində Beynəlxalq Bankın Ucar filialının müdiri Tariyel Niftəliyev məni çağırıb dedi ki, kodlar qarışıb, buna görə də bankomat kartları dəyişdirilməlidir. Mənə ərizə yazdırdı və bankomat kartımı məndən aldı. Ayın 23-də isə çağırıb kartımı qaytardılar. Kartı yoxlayanda məlum oldu ki, 7 aydır almadığım 1400 manat pulu götürüblər. Kartın kodu isə dəyişdirilməyib”.

G.Kərimova məsələ ilə bağlı filial müdirinə müraciət edib. Tariyel Niftəliyevdən aldığı cavab isə belə olub: “Biz pul götürməmişik”.

Filial müdirini fırıldaqçılıqda ittiham edən G.Kərimova məsələ ilə bağlı prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya, baş prokuror Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə şikayət ərizəsi ilə müraciət etdiyini deyir.

Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev açıqlamasında bildirdi ki, məsələdən xəbərdardırlar və araşdırma aparılır.

Şəhid ailəsinin ittihamları ilə bağlı çoxsaylı şübhələrin olduğunu deyən R.Ağayev məsələni tam araşdırdıqdan sonra bu haqda rəsmi məlumat verəcəklərini də söylədi.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600