Beynəlxalq Bank Cahangir Hacıyevin böyük ipoteka kampaniyalarını dayandırdı(?) – Şok!

media-hightechnic-468x90

555Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin müəmmalı istefası sadəcə bank sektorunu silkələmədi. Futboldan inşaata bütün sektorlarda özünü hiss etdirdi.

Belə ki, şəxsən C.Hacıyevin dəstəyi ilə meydanlara çıxan Zaqatalanın “Simurq” futbol komandası dağılmaq üzrədir. Yenicag.az-a daxil olan məlumata görə, Cahangir Hacıyev şəxsən klubun prezidenti Anar Bəkiyevə başlarına çarə axtarmağı məsləhət görüb.

Məsələ futbolla yekunlaşmır. Bildiyiniz kimi, Beynəlxalq Bank böyük inşaat şirkətlərinin də əsas maliyyəçisidir. Şəhərin müxtəlif tərəflərində tikilən və 10 faiz civarında ipoteka krediti ilə verilən binaların əksəriyyətinin sponsoru BB-dır. 10-25 il kimi uzunmüddətli kredit şərtləri ilə tikilən binalar məhz Cahangir Hacıyevin təşəbbüsü ilə başlayıb.

Lakin C.Hacıyevin getməsi ilə bu böyük proyektlərdə də problemlərin olacağı deyilir. Artıq bir neçə şirkətə C.Hacıyevlə bağlanan müqavilələrə yenidən baxılacağı və o zamana qədər proyektləri öz gücləri ilə davam etdirmələri tövsiyyə olunub. O da qeyd olunur ki, bir-iki proyektdən başqa digər proyektlərə rədd cavabı veriləcək. Bu isə ilkin ödəniş etmiş və müqavilədə nəzərdə tutulan tarixi gözləyən vətəndaşların “ev xəyalları”nın qeyri-müəyyən vaxta qədər təxirə salınacağı anlamına gəlməkdədir.

Məsələ ilə bağlı Beynəlxalq Bankın mövqeyini öyrənmək istəsək də, telefonlara cavab verən tapılmadı.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600