Beynəlxalq brend Azərbaycan Konqreslər Bürosuna qoşulur?

media-hightechnic-468x90

загруженное (42)Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun ölkənin MİCE (turizm bazarı) bazarının inkişafına və beynəlxalq arenada inkişaf edən turizm məkanı kimi tanınmasına istiqamətlənmiş fəaliyyəti öz bəhrələrini verməkdə davam edir.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, daha bir peşəkar turizm bazarı iştirakçısı “HRG Azerbaijan” Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşulub.

Azərbaycan Konqreslər Bürosu ilə əldə olunan razılaşma barədə danışarkən “HRG Azerbaijan”ın icraçı direktoru Elnur Hüseynov uğurlu əməkdaşlığa başladıqlarına inamını ifadə edib.

O bildirib ki, “HRG Azerbaijan”ın Azərbaycan Konqreslər Bürosuna qoşulmaqda əsas məqsədi Azərbaycanı aparıcı MİCE məkanı kimi təbliğ etmək, şirkət və onun müştəriləri üçün daha çox iş imkanı yaratmaq, turizm sahəsinin inkişafına və daha da böyüməsinə yardımçı olmaqdır. (azertag.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600