Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başladı

media-hightechnic-468x90

Beynəlxalq səyyahlar klubu MTP-nin (Most Traveled People) Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Yenicag.az xəbər verir ki, nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir.

Qrupa klubun təsisçisi, amerikalı səyahətçi Çarlz Vili rəhbərlik edir.

Üç gün ərzində iştirakçılar Füzuli – Xocavənd – Şuşa – Xankəndi – Xocalı – Ağdam – Kəlbəcər – Laçın – Zəngilan – Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.

Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.

Qeyd edək ki, son dörd il ərzində beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzuru 13 dəfə ziyarət ediblər, səfərlər dünyanın ən böyük turizm klublarının dəstəyi ilə təşkil olunur./report

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600