Bəzi ərazilərdə qaz olmayacaq

media-hightechnic-468x90

Sabah İmişli şəhərinin bir hissəsində qaz kəsiləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, İmişli şəhəri Xəqani küçəsində İmişli QPS-dən qidalanan 159 mm-lik orta təzyiqli daşıyıcı qaz kəmərinin üzərindən qeyri-yaşayış obyekt (çörək sexi) qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq sabah saat 09:30-dan etibarən işlər başa çatanadək İmişli şəhər M.Müşfiq, Xəqani, Q.İsmayılzadə, L.Vəliyev, Həsənoğlu, R.Əliyev, N.Nərimanov, S.Fətəliyev küçələrində (ümumi 1 500 abonent) qaz təminatının daxildən dayandırılması planlaşdırılır.

Abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa