Bəzi həmkarlarının davranışı Günayı özündən çıxardı: "Salam da vermirlər"
“Bəzi xanəndələr var ki, hətta adama salam da vermirlər”.
Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə Günay İmamverdiyeva “Qonaqcanlı” verilişində deyib.
Sənətçi bəzi həmkarlarından giley-güzar edərək onların təkəbbürlü davranışlarını tənqid edib:
“Ruzidən söhbər getmir, ruzini, bəxti verən Allahdır. Bəzi xanəndələr var ki, hətta adama salam da vermirlər. Hətta bu dərəcədə… O həmkarlar ki, onların sənətləri göz önündədir, amma onlar özlərini təkəbbürlü aparmırlar. Bəziləri var ki, davranışı insana təsir edir. İnsan bu sənətə necə gəlibsə, elə də davam etməlidir. Ola bilər, ruzin də artar, şöhrətin də… Amma səni sən edən səninlə bərabər yol getdiyin yoldaşlarındır”.
Nehru












