Bəzi rayon idarələri ləğv ediləcək

media-hightechnic-468x90

Hokumet-Evi-yeniKənd Təsərrüfatı Nazirliyi (KTN) sistemində struktur dəyişiklikləri davam etdiriləcək. Kənd Təsərrüfatı Nazirliyində yaradılan yeni xidmətlərin rayon idarələri ləğv ediləcək. Onların bazasında isə regional idarələr yaradılcaq.

Belə ki, KTN-in Dövlət Baytarlıq Nəzarəti Xidməti, Dövlət Texniki Nəzarət Xidmətinin rayon idarələri ləğv olunması bu sıraya daxildir.

Bir neçə gün öncəRespublika Toxum Müfəttişliyinin, Azərbaycan Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasının və Respublika Pambıq Toxumuna Nəzarət Stansiyasının əsasında yaradılan Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin regional idarələri də yaradılacaq.

Qeyd edək ki, adıçəkilən qurumların əksəriyyətinə, o cümlədən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə hələ də rəis təyin olunmaması da bununla bağlıdır. (lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600