Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA

media-hightechnic-468x90

Avqustun 20-si saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində (Sumqayıtda 1 mm-dək) qısamüddətli az yağış yağıb.

Şərq küləyi əsib, küləyin maksimal sürəti arabir Naftalanda 20, Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, dağlıq rayonlarda 29, Aran rayonlarında 37, Naxçıvan MR-da 38 dərəcəyədək isti qeydə alınıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa