Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Biabırçı hesabla uduzan “Neftçi”dən daha bir rəzalət

Reklam: Sinerji Pro

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” yoxlama matçı çərçivəsində Rusiyanın “SKA-Xabarovsk” klubu ilə qarşılaşıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma bakılıların biabırçı məğlubiyyəti ilə yekunlaşıb. Rusiya Premyer Liqasında sonuncu pillədə qərarlaşan komanda “Neftçi”ni darmadağın edib. Premyer Liqada keçirdiyi 20 oyuna 16 qol vuran “SKA-Xabarovsk”, bunun yarısını 90 dəqiqə ərzində “Neftçi”nin qapısından keçirib – 8:1.

Məsələ burasındadır ki, oyundan əvvəl klubun rəsmi “Facebook” səhifəsində oyunla bağlı paylaşımlar edilirdi. Qarşılaşma sosial şəbəkə vasitəsi ilə hətta canlı olaraq izləyicilərə təqdim olunurdu. Lakin  biabırçı nəticədən sonra “Neftçi” – “SKA-Xabarovsk” matçı ilə bağlı bütün paylaşımlar klubun rəsmi “Facebook” səhifəsindən silinib. Bir sözlə, klub rəhbərliyi rəzaləti yaddan çıxarmaq üçün daha bir biabırçı addım atıb.

Görünür, biabırçı hesabla uduzandan sonra klub prezidenti Orxan Hüseynzadə başını itirib. Yoxsa, peşəkar klubun prezidenti olan şəxs niyə belə bir göstəriş versin ki?

Emin Səfərov

www.yenicag.az

2840
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM