!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bill Qeyts proqnoz verdi

!Reklam – Yazi

46324“Microsoft”un yaradıcılarından biri olan Bill Qeyt maraqlı proqnozu ilə gündəmə gəlib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, o, 2030-cu ilədək hazırda bank xidmətləri ilə əhatə olunmayan 2 milyard insanın mobil telefonlardan ödənişlər edəcəyini proqnoz verib.

B.Qeyts və onun həyat yoldaşı Melinda Qeyts illik müraciətdə mobil bankçılığı 2030-cu ilədək yoxsul insanların həyatını dəyişməyə kömək edəcək beş böyük transformasiyadan biri adlandırıb.

Ənənəvi olaraq əhalinin aztəminatlı təbəqəsi daima dəyərini itirən nağd ödənişlər kimi qeyri-effektiv maliyyə xidmətlərindən istifadə edir. “Microsoft” təsisçisinin sözlərinə görə, mobil inqilab sayəsində yoxsul təbəqə pul vəsaitlərinə daha yaxşı nəzarət edə biləcək.

Qeyd olunur ki, əvvəllər banklara aztəminatlı vətəndaşlar arasında maliyyə xidmətlərini yaymaq sərf etmirdi. Lakin mobil telefonların hər yerdə yayılması və tranzaksiya emalı üçün tutulan komissiyanın minimuma endirilməsi vəziyyəti dəyişəcək.

Milyonlarla insan üçün mobil ödənişlərin edilməsinə görə kiçik məbləğdə haqqın qoyulması mobil operatorlara ənənəvi bankların orta sinif nümayəndələrinə göstərdikləri xidmətdən qazandıqları kimi, böyük gəlir əldə etməyə kömək edəcək.

Baza xidmətləri ilə yanaşı, mobil ödənişlər yoxsul təbəqə üçün depozitlərin yerləşdirilməsi və kreditləşmə üçün imkanlar açacaq.

COP29

www.yenicag.az

689
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv