Binədə şok olay – Ata qızının boğazını kəsdi

media-hightechnic-468x90

bicaq_boq9Bakıda qızını boğazından bıçaqlaya ataya cinayət işi açılıb.

Hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Yenicag.az müsavat.com-a istinadən xəbər verir ki, qəsəbə sakini 1968-ci il təvəllüdlü Malik Mirzəyev qızı 1992-ci il təvəllüdlü Vüsalə Fətdahovanın boğazından iki bıçaq zərbəsi vurub.

V.Fətdahova Mərdəkan qəsəbəsi 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

İlkin ehtimala görə, hadisə namus üstündə baş verib. Qızını bıçaqlayan ata Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600