!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədidə içməli sudan sayğacdankənar istifadə halları aşkarlandı

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Binəqədi rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

“Azərsu”dan Yenicag.az-a verilən məlumata görə, Binəqədi qəsəbəsi Fərman Məlikov küçəsində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının suya olan tələbatı yaxınlıqdan keçən şəbəkəyə özbaşına qoşulmuş xətt vasitəsilə aparılır. Tikintinin sahibi texniki şərt almadan və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamadan sudan qanunsuz istifadə edir.

Binəqədi kəndində “mal bazarı” kimi tanınan heyvan kəsimi və satışı obyektində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. İnzibati və maarifləndirici tədbirlərin aparılmasına baxmayaraq obyekt sahibi su satışı müəssisəsi ilə müqavilə bağlamaqdan imtina edir.

Xocəsən qəsəbəsində yük avtomobillərinin yuyulma məntəqəsinin müqaviləsi və sayğacı olsa da, obyektin istehlak etdiyi suyun bir hissəsi sayğacdankənar çəkilmiş qanunsuz xətt hesabına təmin olunurmuş. Rayon sukanal idarəsinin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq dəymiş ziyan aktı tərtib edərək həmin xətti ləğv edib.

Binəqədi rayon Sukanal İdarəsi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı fərdi sahibkara məxsus 12 mənzildən ibarət yeni tikilinin hər bir mənzilinə qanunsuz şəkildə su xətti çəkildiyi məlum olub. Yaxınlıqdan keçən su xəttinə 32 mm-lik boru birləşdirilərək, içməli sudan qanunsuz istifadə edilirmiş.

Aşkarlanmış faktlarla bağlı fərdi yaşayış evlərinin və obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Qeyd edək ki, 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC tərəfindən 10525 fakt aşkarlanıb. Həmin hallar üzrə 2 milyon 724 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Son bir ildə Binəqədi rayonunda aşkarlanmış 2106 qeyri-qanuni istifadə hallarının qarşısının alınması nəticəsində 531 min kubmetr sərfiyyat bərpa olunub. 2022-ci ildə içməli sudan qanunsuz istifadə ilə bağlı 225 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv