Binəqədidə təmir sexində yanğın oldu

media-hightechnic-468x90

Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 kvadratmetr olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 kvadratmetr sahədə əriyib və sahəsi 600 kvadratmetr olan talvarın şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600