Bir ailənin 3 üzvü bıçaqlanıb

media-hightechnic-468x90

üeddQaradağ rayon Ələt qəsəbəsində bir ailənin 3 üzvü bıçaqlanıb. Rayon polisindən  verilən məlumata görə, hadisə bu gecə saat 1 radələrində baş verib. 

Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Əbilov Ağabala və onun övladları 1990-cı il təvəllüdlü Əbilov Azər, 1991-ci il təvəllüdlü Əbilov Xəzər yaşadıqları ünvanda bıçaqlanıblar. İlkin ehtimala görə, hadisəni xəsarət alan şəxslərin qonşusu törədib. Xəsarət alan şəxslər yaxınları tərəfindən Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb. 

Həkimlərin səyi nəticəsində hər üç xəsarət alan şəxsin həyatını xilas etmək mümkün olub. Onlar hazırda 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdiriliblər. Mərkəzdən isə bildirilib ki, hazırda hər üç şəxsin həyatı təhlükəsi yoxdur. Hazırda Qaradağ rayon 11-ci polis bölməsi hadisənin hansı səbəbdən baş verməsini öyrənir. 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600