Ötən həftə Türkiyənin Elazığ vilayətində baş verən ailə qətliamı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdə aşkarlanan 6 meyitin ekspertizası aparılıb. Gənc müəllimin valideynlərini və 3 bacısını çarpayıda yatarkən öldürdüyü, daha sonra isə intihar etdiyi məlum olub.
Belə ki, müəllim işləyən Hüseyn adlı şəxs yaşadığı evdə ailəsi ilə mübahisə edib. Mübahisədən sonra evdən çıxan və bir müddət sonra geri qayıdan Hüseyn Fırat özü ilə gətirdiyi ov tüfəngi ilə terror törədib. O, atası Cuma Əlini, anası Zeynəbi, bacısı Remziyeni və əlil bacıları Yusuf və Məsutu güllələyərək qətlə yetirib. Həmin şəxs daha sonra özünü güllələyərək öldürüb.
www.yenicag.az