!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir evin yox, bir elin Vüqarı – Ürəklərdə yaşayan şəhid qəhrəman – FOTOLAR

!Reklam – Yazi

Qürurla addımlayan məğrur qazilərimiz, məzar daşlarını qucaqlayıb göz yaşı tökən şəhid anaları, fəxarətlə oxunan Azərbaycan himni, bir dəqiqəlik sükutla yad edilən qəhrəman Vətən oğulları… O Vətən oğulları ki, qanları ilə tarix yazdılar.

Yenicag.az xəbər verir ki, Vətən müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhidlərimizdən biri də Vətən sevdalısı, qəhrəmanlığı ilə bir elə, bir obaya fəxarət gətirən Vüqar Nuriyevdir.

Doğulanda adını Vüqar qoydular. Adına layiq bir ömür yaşadı, bir elin, bir obanın vüqarı oldu. Bir evdən yox, bir eldən gedən Vüqar Nuriyev yalnız ata-anasının, qardaş-bacısının, İmişlinin deyil, bütöv Azərbaycanın fəxri, fəxarəti, vüqarı oldu, yaddaşlara yazıldı, ürəklərə köçdü.

Anım günündə ailəsi, doğmaları və vətən sevdalıları tərəfindən şəhid qəhrəmanın məzarı ziyarət olunub.

Allahın sənə lütf etdiyi qısa, lakin şan-şərəfli taleyini fəxarətlə yaşadın, cəsurluğun, şücaətinlə zirvələri fəth etdin. Daşıdığın adın haqqını verib, elinə-obana, bütün Azərbaycana layiq bir oğul oldun.

29 sentyabr 2000-ci ildə İmişli rayonunda doğulan Vüqar Nuriyev 2007-2018-ci illərdə 3 saylı tam orta məktəbdə təhsil alıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şuşa döyüşləri zamanı vuruşaraq, qəhrəmancasına şəhid olub.
Şəhid qəhrəman, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Cəvahir

COP29

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv