Ölkəmiz 2016-cı il iyulun 15-də tarixinin ən böyük xəyanətlərindən, çevriliş təşəbbüslərindən, cəhdlərindən hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan bəyin mətin iradəsi, səyləri, millətin müdaxiləsi sayəsində Türkiyə Cümhuriyyəti Dövlətinə qarşı yönəlmiş ölümcül zərbənin qarşısı alındı.
Bu tarixdən sonra FETÖ bəlasının necə bir şey olduğu, on illərdir, ölkə daxilində yetişdirdikləri fitnələrin daha rahat “danışdırılmasına” başlandı.
Bu dəqiqdir ki, FETÖ dindən çox istifadə edib. Ancaq onun başqa açıq bir əməli də var: bir tərəfdən dindən istifadə etmək, digər tərəfdənsə dini düzəni pozmaq, zəiflətmək və müsəlmanları xristianlaşdırmaq. Dialoq hərəkatının bu mənanı kəsb etdiyini FETÖ militanlarından başqa artıq hər kəs başa düşür.
Başqa tərəfdən, bu təşkilatın dinin bir çox nöqtələrinə ölümcül zərbə vurduğu da məlumdur. Xütbələrdən “İnned dine indallahil İslam” (Allah qatındakı yeganə din İslamdır, Al-i İmran 19) ayəsinin çıxarılması, Qurani- Kərimin məzmununun təhrif edilməsi, Kəlmeyi-Şəhadətlə oynamaq, iman əsaslarının sarsılması, məscidlərin sıra və masalarla doldurulması kimi…
Bunlardan biri də “Mübarək doğum həftəsi” layihəsi idi. Bu vəziyyətlə bağlı son 5 ildə televiziya verilişlərində çox danışmışam. Nə acınacaqlı haldır ki, 2017-ci il aprelin 14-də Cümə xütbəsində Diyanət bu layihənin ona məxsus olduğunu bəyan etdi. Həqiqətən, belədirmi? Yoxsa, Diyanətdə bu korrupsiya təcrübəsini davam etdirmək üçün müqavimət göstərən bir qrup var?
Bu təcrübə əvvəldən necə başladılıb?
“Mübarək doğum həftəsi” professor S. Hayri Bolayın təklifi ilə Türkiyə Diyanət Vəqfi tərəfindən 1989-cu ildə başlayıb. Bu layihənin şifrəsini isə bu gün FETÖ işi ilə bağlı həbsdə olan Mümtaz’er Türköne verməkdədir. Türköne özünün məhz Türkiyə Diyanət Vəqfinin Yayım Şurasının üzvü olaraq işə başladığı dönəmdə komitə sədri professor Hayri Bolayla birlikdə altı nəfərlik bu qurumun qəbul etdiyi qərar əsasında səhnəyə çıxdığına işarə vurub.
İlk çıxışında heç kəsin diqqətini cəlb etməyib və narahatlığa səbəb olmayıb. Çünki Mübarək doğum həftəsi əvvəllər olduğu kimi hicri təqvimi əsasında qeyd edilirdi. Ancaq FETÖ düşüncəsinin planları davam etməkdə idi. Qısa müddətdən sonra Türk millətinin ürəyini sızladan hərəkətlər başlayacaqdı. Beləliklə, 1994-cü ildən etibarən, digər dini tarixlərin miladi təqvimi əsasında qeyd olunmasına başlanıldı. Bununla belə, Mövlud qəndili və başqa qəndillər Osmanlı Dövlətində olduğu kimi Hicri təqviminə uyğun qeyd olunurdu.
FETÖ bu layihəsini artıq istədiyi kimi həyata keçirirdi. Bütün vilayətlərdə təşkil olunan panel və konfranslar vasitəsilə “Mübarək doğum həftəsi”nin genişləndirilməsinə başladılar. Bir fransız alimin təklifi ilə hər il fərqli gündəmlə Peyğəmbərin tanıdılmasının münasib olacağı vurğulandı və belə bir praktika tətbiq olundu. Həmin proqramlarda isə Peyğəmbər Əfəndimizdən heç danışmayaraq, guya ideallarını dərinləşdirirdilər, şəfqət, mərhəmət, güvən, etimad kimi məsələlərə yer verir, universallıq mesajlarından bəhs edilirdi. Bu arada Diyanət və İlahiyyat məscidləri onların girdabına düşmüşdü. Abant toplantıları, Mübarək doğum tədbirləri onların paralel layihələri idi.
Belə ki, “Mübarək doğum həftəsi”nin son günü F.G.-nin doğum tarixinə (27 aprel 1941) uyğunlaşdırılıb və bu durum fərqli reaksiya doğurduğundan, 2008-ci ildən etibarən, mərasimin tarixi bir həftə əvvələ çəkilmişdi. 2011-ci ildə Milli Təhsil Nazirliyinin təlimatı ilə məktəblərdə belə “Mübarək doğum həftəsi” tədbirlərinin keçirilməsinə başlanılıb.
Mərasimlər çərçivəsində nə işlər görülürdü?
“Zaman” qəzetinin 2008-ci il 18 aprel tarixli sayında “Mübarək doğum həftəsi”nə dair xəbər bu şəkildə verilmişdi: “Vaizələrdən Mübarək doğum konserti”.
“İstanbul Müftiliyi Türk Təsəvvüf Musiqisi Qadınlar Xoru Mübarək doğum həftəsi münasibəti ilə xüsusi konsert verdi. Xor 50 ifaçıdan ibarət idi. Peyğəmbər sevgisini ilahi və qəsidələrlə anladan qadın xoru tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdı. Konsertdə duyğulu anlar yaşayan İstanbul Müftisi Mustafa Çağrıcı hicablı xanımların konsert vermələrinin media tərəfindən tənqidini çox səhv olduğunu söyləmişdi. Çağrıcı “Dininə uyğun geyinmiş hicablı qadınların konsert verdikləri üçün tənqid olunmaları böyük haqsızlıqdır”, – deyə bildirmişdi. Müftiliyin həmin qadın xoru imtahanla seçilərək xüsusi yetişdirilmiş 50 vaizə və Qurani-Kərim müəllimi olan qadınlardan ibarət təşkil edilib.
Diyanət bu suala cavab verməlidir. Qadınlarımıza dinlərini öyrədəcək ixtisaslı vaizələr götürülməlidir, yoxsa xanəndələr?
İstanbulun ilk və tək xanım müfti müavini Kadriye Erdemli də fətva məqamında yeni dini hüquqşünaslar yetişdirməkdən qalmırdı. Musiqinin İslamın hər sahəsində olduğunu bildirən Kadriye Erdemli “Azan zatən, təkbaşına musiqili təbliğatdır”, – söyləyirdi.
Görəsən, təfsirlər, hədislər, məzhəb imamları və fətva məcmuələri bu məsələyə dair nə deyirlər? Xanım Erdemli onları heç oxuyubmu? Bu alimlər haqqında hansı fikirdədir?
Digər tərəfdən, 2013-cü il Mübarək doğum həftəsi çərçivəsində; Eskişehir Milli Təhsil Müdirliyi, Eskişehir Müftiliyi və FETÖ mənsubları tərəfindən təşəkkül tapan Yusev, Esed, Edimder və Emeder dernəkləri vasitəsilə “Eskişehir O’nu oxuyur” adlı qiraət müsabiqəsi təşkil edilmişdi. Bu müsabiqə üçün şagirdlərə və vətəndaşlara minlərlə pulsuz dini kitab paylanmışdı.
Müsabiqədə lisey şagirdləri Dr. Reşit Haylamazın “Könül taxtımızın əvəzsiz Sultanı Əfəndimiz” adlı dini kitabın seçmələri oxuyublar. O kitabın 252-ci səhifəsində “Həzrəti Peyğəmbərə iman gətirməyin, müsəlman olmağın məcburi elementlərinin olmadığı” fikri təlqin olunur:
“Ancaq O’nun hədəfi, bütün insanları rəhmət və şəfqətlə qucaqlayıb, ümməti arasında da Kəlmeyi-tohidin ikinci yarısını söyləməkdən yayınaraq, özünü qəbul etməsə belə, “Lə-iləhə-illəllah” deyən hər kəsi buraya gətirməkdir. Çünki O (s.a.v), buyurub ki, kim “Lə-iləhə-illəllah” deyərsə, cənnətə düşər”.
Sərt reaksiyalar səbəbindən bir sıra vilayətlərdə Milli Təhsil Müdirlikləri və müftiliklər o müsabiqəni tərk etdiklərini açıqladılar.
Diyanətdən yenə soruşuram: bütün bunlar sizin istəyiniz və layihənizdirmi?
“Mübarək doğum həftəsi”ndə eynilə Türk dili Olimpiadası kimi musiqili-mahnılı tədbirlərlə bir karnaval atmosferi yaradılmışdı.
“Ən gözəl tədbirləri biz keçirtdik” söyləmək üçün ciddi-cəhdlər göstərilirdi. Bidətə, harama dəvətlər vardı. Peyğəmbərin qadın-kişi qarışıq sazlı-dəfli tədbirlərlə anılmasına başlanmışdı.
2011-ci ildə orkestrin müşaiyəti ilə o vaxtkı prezident Abdullah Gülün iştirakı ilə baş tutan “Mövlud kainat premyerası” isə rəzalətin hansı səviyyəyə yüksəldiyini göstərirdi.
FETÖ-nun “Mübarək doğum”la bağlı əsl məqsədi nə idi?
Onlara görə, üç şeyə inanan müsəlman olur və müsəlmanlıq dairəsində qalır:
Allah inancı, Axirət inancı və Qlobal dəyərlərə iman!
Diqqət edilərsə, “Mübarək doğum”la bağlı çıxışlarında qlobal dəyərlərə iman gətirildiyi görünür. İmam Xətib Liseyi əqaid kitablarında “Qlobal dəyərlər müzakirə edilməyəcək” yazıb. Qlobal dəyər olaraq, müzakirə edilməməsini istədikləri düşüncələri ilə “Mübarək doğum” proqramlarında insanların şüurlarına nüfuz etdilər.
Bir mənada gənclərə dini inanclarını bunun əsasında seçdirmək istəyirdilər. Dolayısı ilə Qurani-Kərim və Hədisi-Şərifləri qlobal dəyərlərə qurban etməkdədirlər.
Bu baş verənlərin əleyhinə heç çıxan olmadı. Çünki insanlar əhliləşdirildilər. Davamlı cərəyan edən tətbiqetmələr nəticəsində insanlar laqeyd vəziyyətə salındılar. Şəffaf geyimlərlə podiuma çıxırlar, bəziləri çalır, bəziləri də salavat çevirirdilər. Eyni insanlar hardaydılar? “Mübarək doğum həftəsi”ndə.
Yenə Diyanətdən soruşuram, bu baş verənlərə bir dəfə də olsun, etiraz bildiribmi? Bir məlumat yaydımı? Xeyr. Səslərini çıxartmadıqları üçün deməli, təsdiq edirlər.
Diyanətin həmkarlar ittifaqı “Mübarək doğum” deyilən heç nə yoxdur, bu, bidətdir”, – deyə bir kitabça hazırlayıb yaymışdı. Bunu da inkar edəcəklər?
Diqqət edin! Milli Təhsil Nazirliyi yerində verilən bir qərarla mübarək doğum proqramlarını ləğv etdi. Lakin Diyanət və İlahiyyat məscidləri nədənsə, buna müqavimət göstərməkdədirlər.
Müqavimət bir yana, 25 ildir ki, Gülən şəbəkəsində yer alan professor Ahmet Keleş bəyin ““Mübarək doğum həftəsi” FETÖ layihəsidir” etirafından sonra bu müəllifliyə Diyanət sahib çıxmağa çalışır.
Diyanət bütün bunlara baxmayaraq, “Mübarək doğum həftəsi”ni öz layihəsi kimi görürsə, biz də Diyanəti bütün tədbirlərin təşkilatçısı olaraq görməkdən və FETÖ-nun bütün fəaliyyətinin hamisi kimi tanımaqdan başqa bir şey etməyəcəyik.
Çünki biz bunu sadəcə, FETÖ-nun bir layihəsi kimi gördüyümüzdən deyil, İslamı təhrif edən, İslamı yıxan, dinin içini boşaldan, dini korlayan, Peyğəmbər Əfəndimizi anmaq və anlatmaq üçün deyil, onu həqiqətən tanıtmağa imkan verməyən alçaq bir plan kimi görməkdəyik.
28 illik “Mübarək doğum həftəsi” tədbirləri bunun bariz sübutudur.
Prof. Dr. Ahmet Şimşirgil
www.yenicag.az