Sinqapura uçan təyyarə Bakıya məcburi eniş etdi

media-hightechnic-468x90

Bu gün “Singapore Airlines” aviaşirkətinə məxsus, Mançester–Sinqapur marşrutu üzrə hərəkət edən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib.

Yenisabah.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumat yayıb.

Bildirilib ki, buna səbəb təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin səhhətində qəfil yaranan problem olub.

Təyyarə yerli vaxtla saat 19:45-də Bakı hava limanına uğurla eniş edib.

Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib, onun vəziyyəti qiymətləndirildikdən sonra əlavə tibbi yardım üçün aidiyyəti üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, hava limanının bütün müvafiq xidmətləri hadisə zamanı operativ şəkildə fəaliyyət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportu regionun ən müasir və təhlükəsiz hava nəqliyyatı mərkəzlərindən biri kimi, istənilən fövqəladə vəziyyətə yüksək hazırlıqla cavab verir və sərnişinlərin təhlükəsizliyini prioritet istiqamət kimi qoruyur.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa