Ramiz Mehdiyev dövlətə xəyanətdə ittiham olunur - Maddələr məlum oldu

media-hightechnic-468x90

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Yenicag.az xəbər verir ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274 (Dövlətə xəyanət), 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Əlavə edək ki, bu maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.

İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib./Qafqazinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa