10 min illik diş qalıqları icmalar haqqında maraqlı məlumatları üzə çıxardı

media-hightechnic-468x90

Alimlər 10 min il əvvəl yaşamış insanların dişlərini analiz edərək dünyanın ilk kənd təsərrüfatı icmalarının həyatına dair mühüm kəşflər ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Natura Scientific Reports” jurnalında dərc olunub.

Durham Universitetindən tədqiqatçılar Neolit dövrünə aid 71 nəfərin çənə sümüklərini araşdıraraq qədim Suriyada insanların icmalar arasında necə hərəkət etdiyini müəyyənləşdirməyə çalışıblar.

Təxminən 11 min 600 – 7 min 500 il əvvələ aid diş minasındakı stronsium və oksigen izotoplarını analiz edən alimlər bəzi insanların yerli, bəzilərinin isə başqa icmalardan gəldiyini aşkar ediblər.

Araşdırma qadınların icmalar arasında daha çox hərəkət etdiyini, kişilərin isə, adətən, doğulduqları icmada qalaraq evləndiklərini göstərib.

Məlum olub ki, başqa yerlərdən gələn insanlar da yerli icma üzvləri ilə eyni şəkildə dəfn olunub və onlara eyni mərasimlər tətbiq edilib. Bu isə gəlmələrin tam şəkildə icmaya qəbul edildiyini göstərir.

Neolit dövrünün sonrakı mərhələlərində insanların hərəkətliliyinin artdığı və bölgələr arasında əlaqələrin gücləndiyi müəyyən edilib. Alimlərə görə, qadınların daha çox köç etməsi “ata tərəfli” ailə sistemlərinin formalaşmasına işarə edə bilər.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa