Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bir nəfərin belə COVID-19-a yoluxmadığı ölkədə kütləvi vaksinləmə başlayır

Türkmənistanda kütləvi peyvəndləmə başlayır.

Yenicag.az “Tərəfsiz Türkmənistan”a istinadən xəbər verir ki, rəsmi məlumatlara əsasən bir nəfərin belə koronavirusa yoluxmadığı Türkmənistanda kütləvi peyvəndləməyə start veriləcək.

Məlumata görə, ölkənin Səhiyyə Nazirliyinin yaydığı yeni açıqlamada bu günə qədər yoluxma faktının qeydə alınmamasının vətəndaşların məsuliyyətindən qaynaqlandığı qeyd edilib.

Bununla belə, risk almamaq üçün “allergik problemi olmayan 18 yaşından böyük bütün vətəndaşlar” məcburi şəkildə vaksinasiya olunacaqlar.

Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov koronavirus infeksiyasının yayılmağa başladığı ilk aylarda insanları üzərlik yandırmağa çağırmışdı.

Qeyd edək ki, ölkədə COVID-19-a yoluxma qeydə alınmasa da, ictimai nəqliyyatda maska taxmaq məcburi idi.

www.yenicag.az

666
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100