Bir sıra çaylarda sululuq artdı

media-hightechnic-468x90

Bəzi çaylarda sululuq artıb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, avtomat hidroloji stansiyaların mayın 04-ü saat 9:00-a olan məlumatına əsasən, transsərhəd çaylardan Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 29 sm, Qanıx-Cəlayirdə 4 sm, Kür-Yevlaxda 5 sm, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 14 sm, Qarasuçay-Zərdabda 32 sm, Vəlvələçay-Afurcada 35 sm, Qudiyalçay-Qımılda 20 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçay-Toğanada 3 sm, Gəncəçay-Zurnabadda 1 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Tərtərçay-Vəng və Tutqunçay-Comərddə 3 sm, Zabuxçay-Bozluda 35 sm, Oxçuçay-Bürünlüdə 34 sm, Həkəriçay-Balasoltanlıda 3 sm, Quruçay-Böyük Tağlarda isə 2 sm artım qeydə alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600