!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir sıra kolleclər tələbələrə süni surətdə yüksək qiymət yazırlar" - Deputat

!Reklam – Yazi

“Son vaxtlar kollec daxilində tələbələrə yüksək qiymət yazılması faktları müşahidə olunur”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat xatırladıb ki, subbakalavrlar (kollec məzunu) qəbul imtahanlarında iştirak etmədən abituriyentlərlə eyni vaxtda ixtisas seçimində iştirak edirlər: “Bununla bağlı artıq sui-istifadə halları var. Hər hansı məbləğ deməsəm də, kolleclər özləri üçün müəyyən sistem formalaşdırıb. Yüksək qiymət yazmaqla onların ali təhsil müəssisəsinə qəbul olması üçün şərait yaradırlar. Universitetlərdə olduğum görüşlərdə isə onların da bu məsələ ilə bağlı narazılığı var. Universitet üçün hər bir tələbə təhsil haqqı ödəyir. Amma bu kimi kollec məzunlarının gələcək taleyi problemlər yaradır. Ona görə bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır”./unikal

COP29

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv