Bir xəbərə Qafqaz Universitetindən 3 reaksiya

media-hightechnic-468x90

36142736Ənvər Özərən “top”u Mikayıl Cabbarova atdı

“Ənvər Özərən ölkədən getməyəcək”. Bu sözləri “Axar.az”a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib.   Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib: “Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, “Aydınlıq” qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır”.

Qafqaz Univeristetinin İctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa isə yayılan xəbərin ümumiyyətlə həqiqəti əks etdirmədiyini söyləyib:   “Ümumiyyətlə yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub”.

Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı.   Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllərdə olduğunu bildirib. O bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600