Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Biri rus, digəri erməni...  - 300 minlik soyğunun pərdəarxası

Türkiyənin İstanbul şəhərində valyuta dəyişmə məntəqəsini soyan şəxslərdən ikisi saxlanılıb.

Yenicag.az xəbər verir ki, Bursada ələ keçirilən cinayətkarlardan biri rus, digəri isə ermənidir.

Onlar sentyabrın 16-da valyuta dəyişmə məntəqəsinə daxil olaraq 300 min türk lirəsi dəyərində pul və zinyət əşyaları aparıblar.

Xalik B. Və Gevorq A. adlı cinayətkarlar soyğunu bir dəqiqə ərzində yerinə yetiriblər. Onlar bu zaman maskalanaraq silahdan istifadə ediblər.

Oteldə ələ keçirilən qruplaşma üzvlərinin otağından külli miqdarda müxtəlif ölkələrə məxsus pullar aşkarlanıb.

Soyğunda iştirak edən digər cinayətkarların axtarışları davam edir.

 

www.yenicag.az

1395
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM