Birinci rübdə Azərbaycana nə qədər xarici investisiya yatırılıb?

media-hightechnic-468x90

Bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 0.9 milyard manat məbləğində investisiya edilib.

Trend bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 19.4% artıb. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyaların 27.4%-ni təşkil edib.

Rüb ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 98.7%-i Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan sərmayədarlarına məxsus olub.

“Azərbaycan iqtisadiyyatına investisiya yatıran ölkələr sırasında ənənəvi xarici ticarət tərəfdaşları üstünlük təşkil edir. Xarici investisiya axınlarının davam etməsi ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinliyini və qlobal investorlar tərəfindən ölkəyə olan marağı əks etdirir”, – deyə məlumatda qeyd edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600