Birjalarda buğda 6 faizdən çox bahalaşdı

media-hightechnic-468x90

Çikaqo əmtəə birjasında buğda qiymətləri 6 faizdən çox artıb.

Yenicag.az xəbər verir ki, bu gün səhər saatlarında bir buşel (35 kiloqramdan çox) buğdanın dekabr fyuçersləri 6,13 faiz bahalaşaraq 8,8 dollara çatıb.

Qeyd olunur ki, bahalaşmaya Rusiyanın “taxıl sazişi”ndən çıxmasını elan etməsi səbəb olub.

Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

“Taxıl sazişi” bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600