!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Birotaqlı evlərin qiyməti…” - Kirayə bazarında BAHALAŞMA - SƏBƏB

!Reklam – Yazi

Avqustun sonlarından başlayaraq paytaxt Bakıda mənzillərin kirayə qiymətlərində artım müşahidə olunur. Qiymət artımı əsasən yeni tədris ilinin başlanması ilə əlaqələndirilir.

Yenicag.az olaraq qiymət artımı və kirayə bazarındakı vəziyyətlə bağlı araşdırma apardıq.

Maklerlər kirayə mənzillərin avqustun sonlarından başlayaraq bahalaşmasının səbəbini həm yeni dərs ilinin başlaması, həm də payız mövsümündə paytaxta işçi axınının artması ilə əlaqələndirib. Onlar bahalaşmanın sentyabr ayında daha da sürətlənəcəyini deyib:

“Hər il avqust ayından başlayaraq qiymət artımı müşahidə olunur. Çünki evləri boşaldan tələbələr yenidən Bakıya üz tutur. Hazırda boş ev də tapmaq çox çətindir. Hələ qiymət artımının sentyabr, oktyabr ayında da davam edəcəyi gözlənilir”.

Qiymətlərə gəlincə, 50 manat artım müşahidə olunur. “İnşaatçılar”, “Neftçilər”, “Həzi Aslanov”, ”Əhmədli”, “20 Yanvar”, “Əcəmi”, digər stansiyaların yaxınlığında bir otaqlı kirayə mənzillərin qiymətində xüsusilə artım var. Yay aylarında 350 manata birotaqlı ev tapmaq mümkün olurdusa, indi həmin evlər 400 manata təklif olunur. Həyət evlərində də vəziyyət eynidir. Otaqların sayına və mənzilin şəraitinə görə qiymətlər də yüksəlir.

Maklerlər bəzi insanların vaxtında ev tapdıqları üçün indi çətinlik çəkmədiklərini bildirib:

“Hamı bilir ki, payız mövsümündə qiymət artımı qaçılmaz olur. Buna görə də insanlar vaxtında bizə müraciət etməlidir ki, onlar üçün nisbətən ucuz evlər tapa bilək. Bahalıqdan qaçmaq üçün yay fəslində evləri kirayələyənlərin də sayı az olmadı. Ev sahiblərini də qınamalı deyil. Marketlərdə hər gün qiymətlər artır. Kommunal, eləcə də işıq pulu, su pulunun qiymətini də üstünə gəlsək, aldıqları kirayə haqqının xərc borcu ödəmir”.

Onu da öyrəndik ki, makler pulu da artıb:

“Əvvəllər həm ev yiyəsi, həm də kirayəçidən zəhmət haqqı olaraq hərəsindən 50 manat alırdıq. Amma indi bizim də xərclərimiz artıb. Kirayəçilərlə, ev sahibləri ilə telefonla danışırıq, ev axtarırıq, taksi xidmətindən istifadə edirik. Buna görə də 70-80 manat alırıq”.

Cəvahir

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv