Reklam: High Technic
hightechnic

Biser, zər-ziba, enli çiyin - 2018-ci ilin geyim trendi

Məşhur brendlərin 2018-ci ilin yaz-yay kolleksiyaları canlı və isti tonlarla göz oxşayır.

Dəblə ayaqlaşan qadınlar 2018-ci ildə geyimləri ilə daha optimist olacaq və ətraflarına işıq saçacaqlar. Belə ki, “Victoria Beckham”dən “Nina Ricci”yə, “Celine”dən “Chanel”ə qədər ən məşhur brendlər bu ilin bahar kolleksiyası üçün trendlərini müəyyənləşdiriblər. Kolleksiyalarda açıq-çəhrayı, açıq-mavi, sarı, yaşıl və mirvari rəngi kimi insana pozitiv əhval-ruhiyyə bəxş edən çalarlar üstünlük təşkil edir.

Keçən ilin yaz və qış mövsümündə daha çox 1990-cı illərin izlərinə rast gəlirdiksə, yazın gəlişi ilə daha əvvələ – 1980-ci illərə qayıdacağıq. Bu il genişyaxalı koftalar, hündürbel şalvarlar, bədənə kip oturan ətəklər, qabarıq çiyin motivləri dəbdə olacaq. Bununla belə geyimlərdə zərli və işıltılı detallara da tez-tez rast gələcəyik.

Gözəl görünüşü tamamlayan ən vacib detallar sırasında şübhəsiz ki, ayaqqabı və çanta xüsusi önəm daşıyır. Bu il də 2017-ci ilin dəbi olan qalın altlıqlı idman ayaqqabıları qadınların qarderobunu bəzəyəcək. Çanta seçimində də qadınların rahatlığı nəzərə alınıb. Kiçik çantaları bel rüqzaqları əvəzləyəcək.

www.yenicag.az

904