Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 7,5 min dollaradək geriləyib.
Yenicag.az-ın məlumatına görə, mütəxəssislər bu amili kriptovalyuta ilə spekulyativ alış-verişin artması ilə əlaqələndirirlər.
“CoinMarketCap” portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 7,33% azalaraq 7,542 min dollar təşkil edib.
Alternativ kriptovalyutalar da ucuzlaşma nümayiş etdirib. Belə ki, “Ethereum” 7,46% və ya 418,38 dollaradək, “Ripple” 2,8% (0,4289 dollara qədər), “Bitcoin Cash” isə 6,16% (754,31 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 269,03 milyard dollar təşkil edir və bunun 48,17% faizi bitkoinin payına düşür./Trend/
www.yenicag.az