!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitməyən qadın qətlləri və MÜQƏSSİR CƏMİYYƏT: "Azərbaycan qadınları özlərindən başqa hamını düşünürlər" - SOSİOLOQ

!Reklam – Yazi

“Öz həyat yoldaşını öldürə bilən polisin ictimai yerdə hansısa qətl hadisəsi törətməyəcəyinə əmin olmaq mümkün deyil”.

Bu sözləri bu gün səhər saatlarında Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı öldürməsi fonunda bu tip cinayətlərdə insanların qadını günahkar görməsinə münasibət bildirən Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.

Sosioloq Azərbaycanda qadınların özündən başqa hər kəsi düşündüyünü, nəticə etibarilə həyatlarının məhv olduğunu söyləyib:

“Öncəliklə, qadının hansı səbəbdən polisə şikayət etdiyinin təfərrüatları hələlik məlum deyil. Bütün hallarda, qadının atdığı addım başqa çarəsinin olmadığını göstərir. Azərbaycana məxsus olan düşüncəyə görə, polisə ən son həddə gedilməlidir. Polisə qədər valideynlərə yalvarmaq, qohumları məsələyə qatmaq, həyat yoldaşının düzələcəyi ümidi ilə yaşamaq lazımdır. Əslində, səbəb nə olursa-olsun, bir ailədə fiziki və ya mənəvi zorakılığın tətbiq olunması əvvəlki birlikdən əsər qoymur. Azərbaycan qadınları özündən başqa hamını düşünür və bunun acı nəticəsini açıq şəkildə görürük.

Əsas problemlərdən biri odur ki, qadın polis bölməsinə müraciət edəndə hüquq-mühafizə orqanları şikayətə ciddi yanaşmırlar. Qadın fiziki zorakılığa məruz qalmasından şikayət etsə də, onu ailəsi ilə barışdırmağa çalışırlar. Halbuki qadınlarımız məcbur olmadıqca polis bölməsinə üz tutmurlar. Acınacaqlı hal isə ondan ibarətdir ki, silah gəzdirən əksər polislərin hansı psixoloji vəziyyətdə olduğu bilinmir. Bilmək olmur ki, küçədə hansısa mübahisədə həmin polis silahından sui-istifadə edə bilərmi? Polislərin işə qəbulunun necə olduğu, psixoloji vəziyyətləri ilə bağlı rəyin alınıb-alınmamasını araşdırmaq lazımdır”.

Gülşən Şərif

www.yenicag.az

887
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv