!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biz anti-sosial uşaqlar böyüdürük... – Tanınmış psixoloq həyəcan təbili çalır

!Reklam – Yazi

Dünən bütün sosial şəbəkələr bir məktəbli qızın yaşıdına qarşı təhqiredici hərəkətlərin yer aldığı video ilə çalxalandı.

Qısa zamanda polis orqanları tərəfindən iş nəzarətə götürüldü. Araşdırma başladıldı. Videonu seyr edənlərin fikirləri fərqlidir: kimi yeniyetmə qızın, kimi də onun valideynlərinin məsuliyyətə cəlb olunmasını tələb edirdi. Bəs görəsən əslində bu cür halların kökü haradan qaynaqlanır? Gənclər, xüsusən də məktəblilər arasında bu cür aqressiya hallarının səbəbi nədir?

Suallarımıza klinik-psixoloq Aidə Sübhan cavab verir

“ Adətən, gənclərin kiməsə qarşı etdiyi zorakılıqlar onların uşaq ikən ailələrində gördükləri davranışlardan, münasibətlərdən qaynaqlanır. Valideynlər bilməlidirlər ki, onlar övladlarına qarşı hansı hərəkətləri, hansı sərtliyi edəcəksə, o da sabah bunu sosial mühitdə kiməsə qarşı cəza üsulu kimi tətbiq edəcək. Yayılan video isə şüuraltı aqressiyadan bəhs edir. Bugünkü gündə bu cür halları azaltmaq, hətta qarşısını belə almaq üçün valideyn-övlad münasibətlərində sevgini artırmaq lazımdır. Davranış qaydalarını dəyişmək mütləqdir. Bu cür hallar uşaqlarla davranış problemlərindən xəbər verir. Bu cür davranan – yaşıdının saçını kəsən, onun başına yumurta çırpan qız ailədə sevgisizliyi maksimum yaşayan, insanlara nifrətlə böyüyən, mərhəmət hissindən uzaq olan bir insandır. Və nəzərə alsaq ki, bu qız gələcəkdə ana, həyat yoldaşı olacaq, onun böyütdüyü övladı, tərbiyə verdiyi uşaqları təsəvvür etmək çətin deyil. Digər tərəfdən, bunu görən və susan uşaqlarda isə ədalət duyğusu zəifdir.Bu da o deməkdir ki, biz cəmiyyətimiz üçün anti-sosial uşaqlar böyüdürük. Bu isə çox ciddi problemdir. Cəmiyyətdə çox məşhur bir ifadə var: “ Sənin problemin deyil, qarışma”. Əslində, bu yanaşmanın özü belə təhlükədən xəbər verir. Çünki bizdə sosial laqeydləşmə gedir…”.

COP29

www.yenicag.az

297
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv