“Biz hamımız Ukraynada sülhə ümidliyik”

media-hightechnic-468x90

img1748758Böyük Britaniyan xarici işlər naziri Filip Xammond Ukrayna böhranının dinc həll perspektivinə bir elə inanmadığını bildirib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, Lissabondakı mətbuat konfransında bildirib.

“Biz hamımız Ukraynada sülhə ümidliyik, ancaq deyim ki, əlamətlər heç də xoşagələn deyil. Bu gün səhər mən bildim ki, prezident Putin Debaltsevada ukraynalıları təslim olmağa çağırır. Bu, ötən həftə Minskdə əldə olunan razılaşmanın ruhuna əsla uyğun gəlmir və Kremlin əsl niyyətlərini faş edir” – deyib nazir.

O, həmçinin, bütün tərəfləri silahları yerə qoyaraq atəş xəttindən geri çəkilməyə, Minsk anlaşmasındakı bütün öhdəliklərə əməl etməyə səsləyib.

“Əgər atəşkəs pozulsa və ya biz aydınlaşdırsaq ki, Rusiya pis məramla hərəkət edir, o zaman ilk növbədə ona qarşı sanksiyaların genişlənməsini elan eləməliyik. Bu, Moskva üçün ciddi siqnal olacaq” – əlavə edib XİN başçısı.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600