!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Biz özümüz Ermənistanın ərazi bütövlüyünü tanımırıq" - Paşinyan

!Reklam – Yazi

Əgər biz gəlib sərhəddə açıq-aydın dayansaq, Azərbaycan sərhəd xəttindən geri çəkilməyəcək.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də Azərbaycanla sərhəd kəndlərin sakinləri ilə görüşü zamanı deyib.

Baş nazir Əskipara sakinləri ilə görüşündə sərhədlərin müəyyən edilməsi və demarkasiya məsələsinə toxunarkən bildirib ki, söhbət kənddən yox, Ermənistan Respublikasının haradan başlamasından gedir: “Bu prosesdə üç məsələ həll edilməlidir: təhlükəsizlik məsələsi, yolların işini nəzərdə tutan funksional məsələ və hüquqi məsələ.

Bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədidir. Biz istəyirik ki, hamı Ermənistan Respublikasının ərazi bütövlüyünü tanısın, lakin digər tərəfdən, zaman-zaman belə bir təəssürat yaranır ki, biz özümüz Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımırıq. Bizim vəzifəmiz ölkəmizin ərazisini 1 mm dəqiqliklə müəyyən etməkdir. Evlərdən danışarkən sualımızı bir şəkildə formalaşdırmalıyıq. Bu ev Ermənistan Respublikasının ərazisindədir, yoxsa ərazisində deyil? Əgər Ermənistan Respublikasının ərazisində deyilsə, hökumət deyəcək ki, əziz vətəndaş, biz sizə nə qədər kompensasiya verək ki, başqa yerdə ev tikəsiniz, ya da biz gəlib tikək”.

Paşinyan əlavə edib ki, eyni problem indi Şurnuxdadır, lakin indi həmin kəndin insanları üçün yeni evlər tikilir.

Qeyd edək ki, Zəngəzurda yerləşən Şurnux kəndinin bir hissəsi 2021-ci ildə Azərbaycan Ordusunun nəzarətinə keçib. /unikal

COP29

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv