BlackBerry-dən maraqlı kampaniya

media-hightechnic-468x90

3TYEVN4Uzun illərdir “QWERTY” klaviaturalı cihazları ilə gündəmdə qalmağı bacaran Blackberry şirkəti hazırki dövrdə maliyyə çətinliyi ilə üzləşib. Android və “Windows Phone”ların inkişafı ilə böyük zərbə alan şirkət smartfon bazarında mövqe tutmaq üçün maraqlı bir üsula əl atıb.

Şirkət başlatdığı kampaniya ilə yeni Passaport modelinə maraq yaratmaq üçün iPhone telefonu gətirənlərə endirim edərək müəyyən bir miqdarda pul ödəyəcək. Təbii ki, bunun da bir şərti var.

Belə ki, iPhone 4S, 5C, 5S və iPhone 6 istifadəçiləri telefonlarının təhvili və BlackBerry Passport telefonunu aldıqları barədə sənəd təqdim etməlidirlər. Kampaniyaya qoşulma şərtlərini yerinə yetirənlərə ödənişlər VİSA ödəmə kartları vasitəsi ilə olunacaq. Yalnız ABŞ və Kanadada reallaşacaq kompaniya dekabrın 1-dən 2015-ci ilin fevralın 13-nə qədər keçiriləcək.

(deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600