BMT-dəki etiraz belə Netanyahunu fikrindən DÖNDƏRMƏDİ – “Onu yalnız Tramp saxlaya bilər”

media-hightechnic-468x90

“Belə etirazlar hər hansı ölkənin, liderin apardığı siyasəti dəyişmək gücündə deyil”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

media-refailbecanov1

O, İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı zamanı diplomatların zaldan kütləvi şəkildə çıxmasını şərh edib.

R. Becanov bildirib ki, bu məsələ beynəlxalq gündəmdə müzakirə predmetlərindən birinə çevrilib.

“Zalda qalanlardan bəziləri də onun çıxışını kəsmək üçün gah fit çalıblar, gah qışqırıblar. İstər BMT-də, istərsə digər beynəlxalq tədbirlər zamanı belə hadisələrin baş verməsi adi haldır. Bir çox ölkələrin liderləri, səlahiyyətli nümayəndələri çıxış edərkən də analoji etirazla üzləşiblər. Dəfələrlə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, İran nümayəndələrinin çıxışlarına etiraz olaraq bir sıra ölkələrin nümayəndələri zalı tərk edib. Eyni hal ötən il də yaşanıb. Netanyahu yenə də BMT-də çıxışı zamanı analoji hadisəylə üzləşib. Bu addımlar danışan siyasətçinin, liderin, onun ölkəsinin apardığı siyasətə etiraz formalarından biridir”.

Onun sözlərinə görə, belə etirazlar hər hansı ölkənin, liderin apardığı siyasəti dəyişmək gücündə deyil:

“Ona görə də bunun İsrailin planladığı və həyata keçirdiyi proseslərə təsir edəcəyini düşünmək sadəlövhlük olar. Netahyahunun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi order verib. Bu orderdən çəkinməyən Netanyahunu indi hansısa dinc etiraz dayandıra bilərmi? Təbii ki, yox. Düşünürəm ki, İsraili dayandıracaq yeganə güc ABŞ və şəxsən Prezident Trampdır. Əgər ABŞ Prezidenti Donald Trampın qəti iradəsi olarsa, Netanyahu bir addım da ata bilməz. Nə qədər bu olmayıb, Netanyahu dayanmayacaq. İsrailli girovların tam azad edilməsi, qətlə yetirilənlərin nəşinin geri verilməsi belə Netanyahu hökumətini dayandırmaq gücündə deyil. İsrail tərəfi açıq bəyan edir ki, əsas məqsədi HƏMAS-ın birmənalı olaraq yox edilməsi və Qəzzaya tam nəzarətdir”.

“Qarşıya qoyulan məqsədə çatana qədər prosesin davam edəcəyi gözlənilir. Dediyimiz kimi, ancaq Tramp İsrailin hərəkətlərininin qarşısını ala bilər. Lakin hələ ABŞ Prezidentinin bununla bağlı qəti və sərt mövqeyi ortada yoxdur. Deyilənlər isə ümumi məna daşıyır. Hadisələrin gedişi göstərir ki, mediaya açıqlanan fikirlərlə bağlı qapılar arxasındakı razılaşmalar arasında fərq var”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa