!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-dəki iflasın İrəvanda ƏKS-SƏDASI: “Məqsədlərinə çatmadıqlarını bilsələr də...”

!Reklam – Yazi

“Ermənilər onu da iddia edirlər ki, ilk toplantı nəticəsiz olsa da, növbəti müzakirələrdə onların xeyrinə qərar çıxarıla bilər”.

Bu fikirləri BMT Təhlükəsizlik Şurasında Laçın yolundakı vəziyyətlə bağlı keçirilmiş müzakirlərəin ermənilər üçün nəticəsiz yekunlaşmasının İrəvanda doğurduğu reaksiyadan danışan professor Qafar Çaxmaqlı Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, bu uğursuzluğa baxmayaraq, ermənilər beynəlxalq platformalarda fəallıqlarını artırmağa hazırlaşırlar:

“Əslində, qeyd etmək lazımdır ki, 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistan hakimiyyəti və cəmiyyəti Qarabağ ermənilərinin vəziyyəti, onların təhlükəsizliyi, həmçinin Laçın yolunda yaranmış vəziyyətin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmasının vacibliyini bildirir, bu istiqamətdə hazırlıq görürdülər.

BMT Təhlükəsizlik Şurasında Laçın yolu ilə əlaqədar müzakirələrin təşkili də bu hazırlığın nəticəsi idi. Doğrudur, həmin dinləmələrin baş tutmasında İrəvanı dəstəkləyən dövlətlərin də özünəməxsus rolu olub. Əks halda, Ermənistanın təkbaşına buna nail olması real görünmür.

Həmin müzakirələr Ermənistan üçün nəticəsiz yekunlaşsa da, ermənilər bunu uğursuzluq kimi qiymətləndirmək istəmirlər. Düzdür, o toplantıda müvafiq qərar, ya qətnamənin qəbul edilmədiyini etiraf etsələr də, ermənilərin fikrincə, əsas iş vurğulanan məsələlərin BMT müstəvisinə çıxarılmasıdır.

Hətta ermənilər onu da iddia edirlər ki, ilk toplantı nəticəsiz olsa da, növbəti müzakirələrdə onların xeyrinə qərar çıxarıla bilər. Ona görə də indiki həssas dönəmdə Azərbaycan diplomatıyasının bu istiqamətdə fəallığı artırması və proseslərin inkişafına hazır olması zəruridir”.

A.Zeynalov

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv