Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BMT-dən Yaponiyaya XƏBƏRDARLIQ: Fukuşimaya geri dönməyin

Birləşmiş Millətlər Təşkilatının müfəttişi Yaponiyadan uşaqların və doğuş yaşına çatmış qadınların 2011-ci ildə nüvə fəlakətinin yaşandığı Fukuşimaya geri dönüşünə icazə verməməsini istəyib.

Yenicag.az xəbər verir ki, buna səbəb kimi ərazinin hələ də kimyəvi maddələrdən tam təmizlənməməsi və bunun həmin şəxslərin sağlamlığına, eyni zamanda sağlam nəslin yetişməsinə zərərli olacağı göstərilib.

Müfəttiş Yapon hökumətinin radiasiya səviyyəni 20 qat artırma qərarının da çox narahatedici olduğunu qeyd edərək, bu qərarın uşaqların sağlamlığına çox böyük mənfi təsirlər edəcəyini vurğulayıb.

Yaponiyada 11 Mart 2011-ci ildə meydana gələn 9 bal gücündəki zəlzələ, sunami, Fukuşima nüvə stansiyasında radioaktiv sızıntıya səbəb olmuşdu. Bölgədəki on minlərlə adam yüksək radiasiya səbəbiylə evlərini tərk etmək məcburiyyətində qalmışdı.

Sızıntının tamamilə nəzarət altına alınması üçün on illərlə vaxt tələb olunduğu təxmin edilir.

www.yenicag.az

854
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100