!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT həbsxanada ölən 50 əsirlə bağlı araşdırmaya başladı

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş keçirdiyi mətbuat konfransında Olenivkada 50 ukraynalı əsirin öldüyü hücumun yaradılan qrup tərəfindən araşdırılacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, BMT Baş katibi araşdırma qrupunun Rusiya və Ukraynanın tələbi əsasında yaradıldığını bildirib.

Araşdırmanın gedişat və nəticələrinin Moskva və Kiyevlə paylaşılacağını bildirən Quterreş məsələnin aydınlaşdırlması üçün ciddi iş aparılacağını vurğulayıb.

Qeyd edək ki, İyulun 30-na keçən gecə UkraynaPprezidenti Vladimir Zelenski rəsmi açıqlama verərək Donetskin Olenivka şəhərindəki həbsxanaya hücum edildiyini və 50 ukraynalı hərbi əsirin öldüyünü bildirmişdi.

Xatırladaq ki, iyulun 29-da gecə saat 2-də Ukraynanın Donetsk vilayətinin işğal altındakı Olenivka qəsəbəsində 120 saylı islah koloniyası partladılıb. Nəticədə Ukraynanın “Azov” alayının əsir düşən 50 döyüşçüsü həlak olub, 75 nəfər yaralanıb.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv