BMT məhkəməsi İsrail əleyhinə dinləmələrə başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Agentlik bildirir ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın İsrailə qarşı iddiası üzrə dinləmələr başlayır.
Cənubi Afrika İsraili Qəzza zolağında soyqırımda ittiham edir və hərbi kampaniyanın dərhal dayandırılmasını tələb edir.
Xüsusilə də iddiada bildirilir ki, İsrailin hərəkətləri “Fələstin milli, irqi və etnik qrupunun əhəmiyyətli hissəsinin məhv edilməsinə yönəlib”.
Sübutlarda həmçinin vurğulanır ki, “Qəzza zolağında fələstinlilər öldürülür, onlar ciddi fiziki və mənəvi xəsarətlərə məruz qalır, insanların fiziki məhvinə səbəb olan yaşayış şəraiti yaradılır”.
İsrail ittihamları rədd edir. İsrail prezidenti İsaak Hersoq ittihamları “qəddar və absurd” adlandırıb.
“Biz Beynəlxalq Məhkəmədə olacağıq və humanitar qanunlara uyğun olaraq özünümüdafiə iddiamızı təqdim edəcəyik”, – Hersoq deyib.
O əlavə edib ki, İsrail ordusu “istəməz nəticələrin olmamasını təmin etmək üçün son dərəcə çətin şəraitdə yerdə hər şeyi edir və mülki əhali arasında itki yoxdur”.
Xuraman Etibarlı
www.yenicag.az