BMT-nin nümayəndəsi BAMF-da olub-Fotolar

media-hightechnic-468x90

unnamedBMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi BAMF-da olub.

Yanvarın 22-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov BAMF-ın baş ofisini ziyarət edib. Təşkilatin sədri Umud Mirzəyev, o cümlədən təşkilatın Proqram departamentinin əməkdaşları ilə görüşən cənab Novikova BAMF-ın fəaliyyəti və strukturları haqqında geniş məlumat verilib. Azərbaycan dövlətinin, o cümlədən BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışan cənab Novikov qeyd edib ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub. Qonaq təşkilatın gələcək layihələri ilə də yaxından maraqlanıb.

Xatırladaq ki, BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir.

Foto 2.jpg görüntüleniyor

Foto 3.jpg görüntüleniyor

Foto 4.jpg görüntüleniyor

BAMF-ın Informasiya Departamenti

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600