Bəzən böyük bir iştahla yediyimiz məhsullar bol suda yuduqdan sonra belə, heç də faydalı olmaya bilər. Belə ki, yetərincə təmizlənməyən meyvə və tərəvəz məhsulları sağlamlığımız üçün böyük təhlükələr yarada bilər.
Yenicag.az böcək dərmanı istifadə olunan məhsullar və onlardan qorunmağın ən asan üsullarını təqdim edir.
Mütəxəssislər kənd təsərrüfatında istifadə olunan dərmanların meyvə və tərəvəz məhsullarına zərər verdiyini açıqlayıblar. Fermerlərin məhsulların ömrünü uzatmaq və gəmiricilərdən qorunmaq üçün istifadə etdikləri kimyəvi dərmanların insanlarda ölümcül xəstəliklərə yol açdığı aşkarlanıb. Belə ki, kimyəvi dərmanlar insanlarda sinir sistemindən ürək və qaraciyərə qədər bir çox orqanlarda ciddi fəsadlara yol açmaqla, alzheimer və parkinson kimi nevrolojik rahatsızlıqlara səbəb olur.
Araşdırmalar nəticəsində meyvə və tərəvəz məhsullarının 50 faizdən çoxunda kimyəvi dərmanların yığıntısı aşkar olunub.
Ən çox diqqət edilməsi vacib olan meyvə və tərəvəzlər bunlardır: alma, çiyələk, üzüm, gilas, pomidor, şaftalı, ispanaq, kərəviz, nektarin və dolmalıq bibər. Bu meyvə və tərəvəzlərdə böcək dərmanları daha çox tapılır. Buna görə də təbii məhsullardan istifadə edilməlidir. Meyvə-tərəvəzi öz mövsümündə almaq, GMO-lu məhsullardan uzaq durmaq daha faydalı olar. Həmçinin, çox parlaq və qoxusuz almalar almaq olmaz. Çünki üzərində balmumu olur.
Bütün meyvə və tərəvəzlərin kimyəvi dərmanlardan tam təmizlənməsi üçün aşağıdakı qarışığı hazırlayın:
1 litr suya 1 stəkan sirkə tökün. Üzərinə 1 ədəd limon sıxın. Yeyiləcək meyvə və tərəvəzləri hazırlanan qarışımın içində 15 dəqiqə saxlayın.
Tahirə Nur
www.yenicag.az